“BIZZAcademy” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilən xidmətlər yalnız saytda müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər üçün əlçatandır. Sizə bildirilir ki, “BIZZAcademy” Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətini AR qüvvədə olan qanunvericiliyi əsasında qurmuşdur. Sayt vasitəsilə bağlanan əqdlər AR Mülki Məcəlləsi və Elektron Ticarət haqqında qanuna əsaslanır. “BIZZAcademy” Məhdud Məsuliyyətli Cəmiyyəti Sizinlə müqavilə bağlamazdan öncə daxil etdiyiniz şəxsi məlumatların istifadəsinə dair razılıq alır. Bağlanan müqavilənin standart şərtləri ilə burdan tanış ola bilərsiniz: Müqavilə siz saytımızdan və sayta aid botlardan istifadə etdiyiniz andan avtomatik bağlanır. Təqdim etdiyiniz şəxsi məlumatlarınız “BIZZAcademy” Məhdud Məsuliyyətli Cəmiyyəti-nin məlumat bazasında saxlanılır və lazım olduqda təkrar istifadə edilə bilər. Qeyd edilir ki, daxil etdiyiniz e-mail ünvanı və əlaqə nömrəniz “BIZZAcademy” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən reklam və məlumatlandırma məqsədləri üçün istifadə edilir. Bunu istəmədiyiniz təqdirdə müvafiq imtina düyməsini sıxmaqla e-mail ünvanını həmin siyahıdan çıxara bilərsiniz və ya ilk dəfə mesaj aldığınız zaman WHATSAPP platforması ilə əngəlləyə bilərsiniz. Diqqətinizə çatdırılır ki, “BIZZAcademy” Məhdud Məsuliyyətli Cəmiyyəti hər bir müştəri ilə ödəmədən sonra individual müqavilə bağlayır və bunun üçün müştərinin şəxsiyyətini təsdiq edən məlumatlar tələb olunur. Platformamızdan hər hansı bir məlumatın kopyalanması və ya digər mənbələrdə paylaşılması qadağandır. Təlimlər yalnız ödəniş edildikdən sonra aktivləşir. Ödənişlər mobil bank vasitəsilə, nağdsız qaydada həyata keçirilir. Hər hansısa təlim üçün edilən bron ödəməsi geri qaytarılmır.
Təlimlər müvafiq müddət ərzində TELEGRAM platformasında aktiv olur. Platformaya keçidi profilinizdə görə bilirsiniz. Eyni zamanda, ödəniş etdiyiniz zaman menecerlərimiz sizə Whatsapp platforması vasitəsilə də təlim linkini göndərir. Təlimlərə girişiniz öncədən təyin edilən vaxt müddətində keçərli olur. Təlimlərin video yazıları arxivdə paketinizdə yazılan müddətində saxlanılır. Təlimə təyin edilmiş vaxtda qoşulmamaq, təlimin yenidən keçirilməsi üçün əsas deyil və “BIZZAcademy” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün heç bir məsuliyyət yaratmır. “BIZZAcademy” Məhdud Məsuliyyətli Cəmiyyəti-nin rəsmi məlumatları, əlaqə vasitələri və ünvanı barədə məlumat İmprint bölməsində yerləşdirilmişdir.”BIZZAcademy” Məhdud Məsuliyyətli Cəmiyyəti bildirir ki, ödənişli təlimlər və ödənişsiz proqramlar məlumat vermək məqsədi daşıyır. “BIZZAcademy” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin məlumatların tam olmasına görə məsuliyyət daşıyır. Müştərinin həmin məlumatlara yiyələnməsinə və nəticəyə görə zəmanət vermir. Əlavə olaraq, təlimlər psixolojik kömək məqsədi daşımır.
"BIZZAcademy" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sizinlə əlaqə yaratmaq üçün YALNIZCA 0556633009 , 0554393009 , 0997133009 , 0997123009 nömrələrindən istifadə edirik.